featured-image-41914

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Msport.az “NTV Spor”a istinadən xəbər verir ki, “sarı-qırmızılar” İngiltərənin “Nottingem Forest” komandasında çıxış edən Orel Manqala ilə maraqlanır.

İstanbul klubu müdafiəçi üçün rəsmi təklif də göndərib. “Qalatasaray”la yanaşı “Yuventus” və “Napoli” də oyunçunu transfer etmək niyyətindədir.

Qeyd edək ki, belçikalı futbolçunun klubu ilə müqaviləsi 2026-cı ildə başa çatmalıdır.

Bənzər xəbərlər