featured-image-28672

Türkiyə Super Liqasının 32-ci turunun aprelin 30-da keçiriləcək “Beşiktaş” – “Qalatasaray” oyununa bütün biletlər satılıb.

Msport.az xəbər verir ki, “sarı-qırmızılılar” derbidə qalibiyyətə böyük mükafat ayırıb.

“Qalatasaray” rəhbərliyi bu mövsüm yalnız “Fənərbaxça” ilə səfər görüşünə tətbiq etdiyi mükafat sistemini bu dəfə də işə salacaq. “Sabah” qəzetinin yazdığına görə, Dursun Özbekin prezidenti olduğu klub “Beşiktaş” qalibiyyətinə 10 milyon Türkiyə lirəsi (875 min 88 manat) mükafat ayırıb.

Qeyd edək ki, “Qalatasaray” 29 oyundan sonra 70 xalla vahid liderdir. 64 xalı olan “Fənərbaxça” 2-ci yeri tutur. 62 xal toplayan “Beşiktaş” 3-cü pillədədir.

ANAR ABDULLAYEV  

Bənzər xəbərlər