featured-image-41758

Türkiyənin “Qalatasaray” klubu futbolçusu Abdülkerim Bardakcıya jest etmək niyyətindədir.

Msport.az “Anadolu Ajansın”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi növbəti mövsüm müdafiəçinin maaşını artıracaq.

Onun məvacibi 19,5 milyon TL-dən 23 milyon 460 milyon TL-yə çatdırılacaq.

Qeyd edək ki, Abdülkerim Bardakcı 2022/2023 mövsümündə “sarı-qırmızılar”a keçib və komanda ilə Superliqanın qalibi olub.

Bənzər xəbərlər