featured-image-59185

Türkiyənin “Qalatasaray” komandası Fransanın “Lion” klubunun futbolçusu Jorj Mikautadzeni transfer etmək istəyir.

Msport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrirtsio Romano məlumat yayıb. İstanbul təmsilçisi Gürcüstan millisinin üzvü üçün qarşı tərəfə 17 milyon avroluq ilk təklifini göndərib. Lakin “Lion” rəhbərliyi bu məbləğlə razılaşmayıb.

Qeyd edək ki, Jorj Mikautadze bu mövsüm “Lion”un heyətində 15 oyunda, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər