featured-image-40536

Türkiyənin “Qalatasaray” klubu futbolçusu Lukas Torreyra ilə müqavilənin müddətini uzatmaq istəyir.

Msport.az “Takvim”ə istinadən xəbər verir ki, “sarı-qırmızılar” 27 yaşlı uruqvaylı yarımmüdafiəçiyə daha iki illik sözləşmə təklif edəcək.

Onun hazırkı müqaviləsi 2026-cı ildə başa çatmalıdır.

Qeyd edək ki, Lukas Torreyra 2022-ci ildə “Qalatasaray”a keçib.

Bənzər xəbərlər