featured-image-47060

Türkiyənin “Qalatasaray” klubu futbolçusu Dris Mertens ilə müqavilənin müddətini uzatmaq istəyir.

Msport.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

İstanbul təmsilçisi belçikalı oyunçu ilə danışıqlara başlayacaq. Onun yeni sözləşməsi 2025-ci ilin yayınadək nəzərdə tutulacaq.

Qeyd edək ki, Mertensin hazırkı müqaviləsi iyunda bitir.

Bənzər xəbərlər