“Qalatasaray”dan yeni müqavilə təklifi
“Qalatasaray”ın aparıcı futbolçusu Dris Mertens mövsümün sonunda komandada qala bilər.
Msport.az “Fanatik”ə istinadən xəbər verir ki, Türkiyə çempionu 37 yaşlı yarımmüdafiəçiyə müqavilə müddətini bir illik artırmağı təklif edib.
Mertens özü də “Qalatasaray”da qalmaq istəyir. Maliyyə məsələlərində razılıq əldə olunarsa, təcrübə futbolçu 2025/2026 sezonuna da Türkiyədə başlayacaq.
Qeyd edək ki, 2022-ci il avqustun 8-də “Qalatasaray”a keçmiş Mertensin müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.