“Qalatasaray” Edersondan əl çəkmir
“Qalatasaray” “Mançester Siti”nin qapıçısı Edersonun transferindən hələ də ümidini üzməyib.
Msport.az xəbər verir ki, tərəflər arasında əvvəlki danışıqlar uğursuz alınsa da, İstanbul klubu geri çəkilməyib.
Artıq bu gün braziliyalı qolkiperlə bağlı yeni müzakirələrin aparılması gözlənilir. “Mançester Siti” yay transfer pəncərəsində qapı xəttini gücləndirərək, “Bernli”dən Ceyms Traffordu geri qaytarıb. Bundan başqa, yaxın vaxtlarda komandaya PSJ-dən Canluici Donnarummanın da qoşulacağı istisna edilmir.
Qeyd edək ki, 32 yaşlı Edersonun “şəhərlilər”lə müqaviləsinin müddəti gələn il başa çatacaq.