featured-image-23517

Moskva “Dinamo”sunun erməni futbolçusu Arsen Zaxaryan “Qalatasaray”a keçməyin bir addımlığındadır.

Msport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, İstanbul klubu yarımmüdafiəçi ilə 2027-ci ilə kimi nəzərdə tutulan müqavilə bağlayacaq. Futbolçunun illik maaşı isə 1,9 milyon avro olacaq.

Türkiyənin “Fotomac” qəzetinin yazdığına görə, “sarı-qırmızılılar” Zaxaryanın keçidinə görə, “Dinamo” ilə razılığa gəliblər, qalır oyunçunun agenti ilə məsələlərin həll olunması.

“Qalatasaray” transfer üçün Rusiya klubuna 13 milyon avro+2 milyon bonus ödəyəcək.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər