"Qalatasaray" "Fənər"in futbolçusunu transfer etdi
“Qalatasaray” Mişi Batşuayi ilə anlaşıb. Msport.az xəbər verir ki, İstanbul klubu belçikalı hücumçu ilə 3 illik müqavilə bağlayıb.
30 yaşlı forvard 3 ilinə 3 milyon avro alacaq.
Batşuayi buna qədər Türkiyənin digər iki nəhəng klubunda – “Beşiktaş” (2021-2022) və “Fənərbaxça” (2022-2024) klublarında çıxış edib.
O, karyerası ərzində “Marsel”, “Çelsi”, “Borussiya Dortmund”, “Valensiya”, “Kristal Pelas” kimi klublarda oynayıb.