“Qalatasaray” Fransa millisinin üzvünü istəyir
“Qalatasaray” Fransa millisinin müdafiəçisi Benjamin Pavar üçün “İnter”ə təklif göndərməyə hazırlaşır.
Msport.az verir ki, İtaliya klubu fransalı futbolçu ilə bağlı bütün təklifləri dəyərləndirməyə hazırdır.
İstanbul nəhəngi Pavarı planlarına uyğun və önəmli bir transfer hədəfi kimi görür. Bu səbəbdən Türkiyə çempionu yaxın zamanda “İnter”ə rəsmi təklif göndərəcək.
Qeyd edək ki, Pavar “İnter”ə 2023-cü ildə “Bavariya”dan keçib.