featured-image-68848

“Qalatasaray” “Paris”in futbolçusuna maraq göstərir.

Msport.az xəbər verir ki, Türkiyə çempionu Fransa klubunun yarımmüdafiəçisi İlan Kais Kebbalı heyətinə qatmağı planlaşdırır.

Hazırda tərəflər arasında danışıqlar gedir. 27 yaşlı fransalı futbolçunun xidmətində bir çox klublar maraqlıdır. Transferin bu yay, yoxsa mövsümün sonunda baş tutacağı hələ ki bəlli deyil.

Kebbal karyerası ərzində “Bordo”, “Reyms”, “Lion Duşer”, Dunkirk” komandalarında çıxış edib. Onun hazırkı klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

Bənzər xəbərlər