featured-image-53805

Portuqaliyanın “Benfika” komandası Türkiyə millisinin və “Qalatasaray”ın futbolçusu Kərəm Aktürkoğlunu heyətinə qatıb.

Msport.az Lissabon təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “qartallar” 26 yaşlı hücumçu ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb. İstanbul klubu bu keçiddən 12 milyon avro qazanacaq.

“Qalatasaray” əvəzində isə İtaliyanın “Napoli” klubundan nigeriyalı tanınmış hücumçu Viktor Osimhenlə anlaşıb. Transfer yaxın zamanda rəsmi olaraq açıqlanacaq.

Bənzər xəbərlər