featured-image-54327

“Qalatasaray”ın hücumçusu Halil Dervişoğlu Super Liqada klubunu dəyişib.

Msport.az xəbər verir ki, İstanbul təmsilçisi türk forvardı “Qaziantep”ə icarəyə verib. Bu barədə yerli mətbuat məlumat yayıb.

24 yaşlı futbolçu 2024/2025 mövsümünü “qırmızı-qaralar”ın heyətində keçirəcək. “Qaziantep” oyunçunun maaşının hamısını ödəyəcək.

Qeyd edək ki, Halil Dervişoğlu ötən mövsümün ikinci yarısını icarə əsasında “Hatayspor”da çıxış edib.

Bənzər xəbərlər