“Qalatasaray” İkardiyə görə “kisənin” ağzını açdı
“Qalatasaray” Mauro İkardinin transfer hüquqlarını almaq niyyətindədir.
Msport.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.
İstanbul klubu 30 yaşlı futbolçuya görə, 10 milyon avro təklif etməyi düşünür.
Azarkeşlərin hücumçunu sevməsi və onun formalarının əla satılması “sarı-qlrmızılar”ın belə addım atmasına səbəb olub. Həm də İkardi oyunu ilə də ümidləri doğruldub.
O, cari mövsümdə 15 matçda 9 qol vurub və 6 məhsuldar ötürmə verib.
ANAR







