“Qalatasaray” iki futbolçusunu göndərir
Türkiyənin “Qalatasaray” klubu iki futbolçusu ilə yollarını ayıra bilər.
“Report” “Milliyet” qəzetinə istinadən xəbər verir ki, bunlar fransalı Tanquy Ndombele və Anxelinyodur.
“Sarı-qırmızılar”ın hər iki oyunçunun performansından narazı olduğu iddia edilir. İstanbul təmsilçisi qış transfer dönəmində yarımmüdafiə və müdafiənin cinahına yeni futbolçular cəlb etmək niyyətindədir.
Qeyd edək ki, Ndombele sentyabrın əvvəlində və Anxelinyo isə iyulda “Qalatasaray”a keçib.







