“Qalatasaray”ın futbolçusu ABŞ klubuna keçə bilər
“Qalatasaray”ın futbolçusu Hakim Ziyeş karyerasını ABŞ-da davam etdirə bilər.
Msport.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Xəbərdə mərakeşli oyunçu ilə MLS təmsilçilərinin maraqlandığı bildirilib.
Ziyeş bu mövsüm “Qalatasaray”ın heyətində 5 oyunda meydana çıxıb.
Qeyd edək ki, mərakeşli futbolçu “Çelsi”dən İstanbul klubuna 2023-cü ildə keçib.