“Qalatasaray”ın futbolçusu Almaniyaya qayıdır
Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Kerem Demirbay karyerasını yenidən Almaniyada davam etdirə bilər.
Msport.az “Takvim”ə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə “Verder” və “Union” maraqlanır.
İstanbul təmsilçisinin oyunçunu heyətdə düşünmədiyi bildirilib.
Qeyd edək ki, Kerem Demirbay 2019-2023-cü illərdə “Bayer 04″ün formasını geyinib.