“Qalatasaray”ın futbolçusu Argentina yolunda
Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Lukas Torreyra karyerasını Argentinada davam etdirə bilər.
Msport.az “Fotomaç”a istinadən xəbər verir ki, “Boka Xuniors” uruqvaylı yarımmüdafiəçi ilə maraqlanır.
Klub prezidenti Xuan Roman Rikelm təcrübəli oyunçunu heyətdə görmək istəyir. “Sarı-qırmızılar” Torreyranı satmaq niyyətində deyil.