“Qalatasaray”ın futbolçusu “Borussiya”ya keçə bilər
Türkiyə millisinin və “Qalatasaray” klubunun futbolçusu Barış Alper Yılmaz karyerasını Almaniyada davam etdirə bilər.
Msport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
İddiaya görə, Dortmund “Borussiya”sının türkiyəli baş məşqçisi Nuri Şahin oyunçunu komandada görmək istəyir.
Qeyd edək ki, Barış Alper Yılmaz 2021-ci ildən “Qalatasaray”ın uğurları üçün çalışır.