featured-image-40827

Türkiyənin “Qalatasaray” klubu futbolçusu Anxelinyonu heyətdən kənarlaşdırır.

Msport.az “Sabah Qəzeti”nə istinadən xəbər verir ki, buna ispaniyalı oyunçunun cari mövsüm 19 qarşılaşmada meydana çıxması səbəb olub.

İcarə əsasında “sarı-qırmızılar”da forma geyinən 26 yaşlı cinah müdafiəçisi müqaviləyə əsasən, 20 matçda meydana çıxsa, ölkə çempionu onu 6 milyon avroya almalıdır.

Futbolçu göstərilən etimadı doğrultmadığı üçün növbəti matçlarda iştirak etməyəcək. Yalnız onun məxsus olduğu “Leyptsiq” klubu sözləşmədəki maddəni dəyişsə, Anxelinyo şans qazana bilər.

Bənzər xəbərlər