“Qalatasaray”ın futbolçusu “Genoa”ya keçir
“Qalatasaray”ın yarımmüdafiəçisi Berkan Kutlu klubunu dəyişəcək.
Msport.az xəbər verir ki, 25 yaşlı futbolçu “Cenoa”ya keçməyə yaxındır. A seriyası təmsilçisi Berkanı icarəyə götürməyi planlaşdırır.
Qeyd edək ki, Kutlu ötən mövsüm 28 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun “Qalatasaray”la müqaviləsi 2026-cı ilin yayına kimi qüvvədədir.
Royal Türksoy