featured-image-48792

Türkiyə millisinin və “Qalatasaray” klubunun futbolçusu Kerem Aktürkoğlu karyerasını İspaniyada davam etdirməyə çox yaxındır.

Msport.az “Milliyet”ə istinadən xəbər verir ki, cinah oyunçusunun İspaniyanın “Real Sosyedad” klubuna keçəcəyi gözlənilir.

Aktürkoğlunun La Liqa təmsilçisi ilə anlaşdığı da vurğulanıb. “Real Sosyedad” transfer üçün İstanbul klubu ilə razılığa gəlməlidir.

Qeyd edək ki, futbolçu 2020-ci ildən “sarı-qırmızılar”ın formasını geyinir.

Bənzər xəbərlər