featured-image-62255

“Qalatasaray”ın müdafiəçisi Davinson Sançes Türkiyə kubokunun 3-cü turunun “Konyaspor”la oyunundan sonra diqqət mərkəzinə düşüb. Msport.az xəbər verir ki, kolumbiyalı futbolçu matç zamanı ehtiyat oyunçular skamsayında yatarkən kameralara tuş gəlib.

O, bütün oyunu ehtiyatda keçirib və meydana daxiı olmayıb.  Sançesin yatması canlı yayımda rejissorların diqqətindən yayınmayıb. Bundan sonra bu kadr Türkiyə sosial şəbəkələrində gündəm olub.

Qeyd edək ki, “Qalatasaray” – “Konyaspor” qarşılaşmasında hesab açılmayıb.

Sançes əvvəllər “Ayaks”, “Tottenhem” kimi klublarda çıxış edib.

media-1740887453493504897

 

Bənzər xəbərlər