“Qalatasaray”ın futbolçusu seçim qarşısında: Avropa, yoxsa Səudiyyə Ərəbistanı?
Türkiyə millisinin və “Qalatasaray”ın futbolçusu Kerem Aktürkoğlu karyerasını ölkə xaricində davam etdirə bilər.
Msport.az xəbər verir ki, bu barədə “Fanatik” nəşri iddia irəli sürüb.
İspaniyanın “Real Sosyedad” klubu cinah oyunçusunu heyətinə cəlb etmək istəyir. Bundan əlavə, Səudiyyə Ərəbistanından bir neçə komanda da türkiyəli futbolçu ilə maraqlanır.
Kerem Aktürkoğlunun ilk seçimi Avropaya getməkdir. O, son qərarını AVRO-2024-dən sonra verəcək.