“Qalatasaray”ın futbolçusu “Spartak”a “yox” dedi
“Qalatasaray”ın futbolçusu Karlos Kuesta Moskva “Spartak”ına keçməkdən imtina edib.
Msport.az xəbər verir ki, 26 yaşlı müdafiəçi Braziliyanın “Vasko da Qama”ya keçməyə çox yaxındır.
A Seriyası təmsilçisi oyunçu ilə anlaşıb. Klub transferi başa çatdırmaq üçün “sarı-qırmızılar”la danışıqlar aparır.
Qeyd edək ki, Karlos Kuesta cari ilin fevralında “Qalatasaray”a keçib. O, bu müddətdə bütün turnirlərdə cəmi 9 qarşılaşmaya çıxıb.