featured-image-52108

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Vilfrid Zaha karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Msport.az “Milliyet”ə istinadən xəbər verir ki, “Al Ittihad” oyunçunu heyətinə qatmaq niyyətindədir.

Ərəb klubunun Fildişi Sahilindən olan hücumçu üçün beş milyon avro təklif etdiyi bildirilib.

Qeyd edək ki, Zaha 2023-cü ildən “sarı-qırmızılar”da çıxış edir.

Bənzər xəbərlər