featured-image-44135

“Qalatasaray”ın futbolçusu Mauro İkardi bir oyunluq cəzalandırılıb.

Msport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi qərar çıxarıb.

buna argentinalı hücumçunun Superliqanın XXVI turunda “Ankaragücü” ilə matçda rəqib azarkeşlərə etdiyi hərəkət səbəb olub.

19.500 TL (1066 manat) cərimələnən forvard “Antalyaspor”la bugünkü qarşılaşmanı buraxmalı olacaq.

Qeyd edək ki, bu gün reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bənzər xəbərlər