featured-image-62280

“Napoli”nin hücumçusu Viktor Osimhen İngiltərənin daha bir klubunun maraq dairəsinə düşüb.

Msport.az xəbər verir ki, nigeriyalı forvardı indi də “Arsenal” heyətinə qatmağı planlaşdırır. Londonlular üçün Osimhen yay fasiləsində prioritet hədəf olacaq. Onun “Napoli” ilə müqaviləsində təzminat məbləği 75 milyon avro nəzərdə tutulub.

“Arsenal”la yanaşı, “Mançester Yunayted” də 26 yaşlı hücumçunu transfer etmək niyyətindədir.

Qeyd edək ki, Viktor Osimhen hazırda icarə əsasında “Qalatasaray”da çıxış edir. O, Türkiyə klubunun heyətində 27 oyunda 20 qol vurub, 5 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər