“Qalatasaray”ın istədiyi portuqaliyalı
Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
Msport.az xəbər verir ki, bu barədə İtaliyanın “Il Mattino” nəşri məlumat yayıb.
Bildirilib ki, İstanbul təmsilçisi “Napoli”də çıxış edən sol cinah müdafiəçisi Mario Rui ilə maraqlanır. Neapol klubu 33 yaşlı oyunçunu ya icarəyə vermək, ya da birdəfəlik satmaq istəyir.
Qeyd edək ki, portuqaliyalı futbolçu 2018-ci ildən “Napoli”nin uğurları üçüm çalışır.