featured-image-32134

“Qalatasaray”ın sabiq futbolçusu Eren Derdiyok karyerasını İsveçrədə davam etdirəcək.

Msport.az xəbər verir ki, İsveçrə millisində 60 oyun keçirmiş hücumçu “Şaffhauzen” klubu ilə müqavilə bağlayıb.
35 yaşlı oyunçu son olaraq “Ankaragücü” komandasında çxış edib.

O, karyerası ərzində “Bazel”, “Bayer”, “Qalatasaray”, “Paxtakor” kimi klubların şərəfini qoruyub.
Qeyd edək ki, “Şaffhauzen” İsveçrə 2-ci liqasında mübarizə aparır.

Bənzər xəbərlər