“Qalatasaray”ın matçının hakimi ilə bağlı qərar verildi
Türkiyə Superliqasının XXIII turunun “Qalatasaray” – “Adana Dəmirspor” oyununun VAR hakimi Yakob Sundberq cəzalandırılıb.
Msport.az yerli mətbuata istinadən xəbər verir ki, danimarkalı referi bundan sonra Superliqa matçlarına təyinat almayacaq.
Bu barədə Türkiyə Futbol Federasiyası (TFF) qərar qəbul edib. Federasiya Sundberqə etimad göstərilməyəcəyini bildirib.
Qeyd edək ki, “Adana Dəmirspor” əlehinə verilən penalti səbəbindən birinci hissədə meydanı yarımçıq tərk edib.