“Qalatasaray”ın oyununda belçikalı VAR hakimi
Türkiyə Superliqasının X turunda keçiriləcək “Hatayspor” – “Qalatasaray” oyununun VAR hakimi açıqlanıb.
Msport.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Qarşılaşmada belçikalı Yan Boterberq iş başında olacaq. AVAR-da isə türkiyəli Kerem Ersoy əyləşəcək.
Qeyd edək ki, qarşılaşma bu gün saat 21:00-da start götürəcək.