“Qalatasaray”ın “Qarabağ”ın rəqibinin futbolçusunu istəyir
“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərindən olan Fransanın “Lion” klubunun futbolçusu Rayan Çerki karyerasını Türkiyədə davam etdirə bilər.
Msport.az xəbər verir ki, “Qalatasaray” yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
İstanbul təmsilçisi transfer pəncərəsinin bağlanmasına 3 gün qalmış bu keçidi bitirmək niyyətindədir. “Qalatasaray” 23 yaşlı ön xətt oyunçusu üçün Fransa klubu ilə danışıqlar aparır.
Qeyd edək ki, Rayan Çerki “Lion”un yetirməsidir. Fransa millisinin üzvü Liqa 1 təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı 141 rəsmi matçda 17 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.