“Qalatasaray”ın ulduzu London klubuna keçə bilər
“Arsenal” “Qalatasaray”ın müdafiəçisi Saşa Boyla maraqlanır.
Msport.az xəbər verir ki, “topçular” yaxın günlərdə 22 yaşlı futbolçuyla danışıqlara başlamaq niyyətindədir. Fransalı futbolçunun bazar qiyməti 11 milyon avro dəyərindədi.
Qeyd edək ki, Boy cari mövsüm Türkiyə Superliqasında keçirdiyi 22 matçda 2 assistlə yadda qalıb.







