featured-image-60260

Türkiyənin “Qalatasaray” klubu futbolçusu Barış Alper Yılmaz üçün “Aston Villa”nın təklifini rədd edib.

Msport.az xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

Premyer Liqa təmsilçisinin türkiyəli oyunçu üçün 30 milyon avro ödəmək istədiyi yazılıb. Lakin “sarı-qırmızılar” onlara “yox” cavabı verib.

Hazırk Türkiyə çempionu Barış Alper Yılmazın durumunu yay transfer dönəmində yenidən dəyərləndirəcək.

Qeyd edək ki, 24 yaşlı vinger 2021-ci ildən “Qalatasaray”da çıxış edir.

Bənzər xəbərlər