“Qalatasaray” ispaniyalı futbolçunu transfer edir
“Qalatasaray” ispaniyalı yarımmüdafiəçi Anxelinyonu transfer edir. Msport.az xəbər verir ki, 26 yaşlı futbolçu bu gün İstanbula gələrək rəsmi müqaviləyə imza atacaq.
“Sarı-qırmızılar” onu “Leyptsiq”dən icarəyə götürür. Lakin “Qalatasaray” sonradan oyunçunun transfer hüquqlarına yiyələnə bilər.
Anxelino ötən mövsümü icarə əsasında “Hoffenhaym”da keçirib.
O, buna qədər “Mançester Siti”, “Malyorka”, “PSV Eyndhoven” kimi klublarda forma geyinib.







