“Qalatasaray” Latviyada, “Fənərbaxça” Niderlandda
Bu gün Avropa Liqasında Liqa mərhələsinin II turunun oyunları keçiriləcək.
Msport.az xəbər verir ki, eyni gündə baş tutacaq turda 18 matç təşkil olunacaq.
Azərbaycan çempionu “Qarabağ” evdə “Malmö”nü sınağa çəkəcək. Türkiyə təmsilçilərindən “Qalatasaray” Latviyada RFS-in, “Fənərbaxça” Niderlandda “Tvente”nin qonağı olacaq. “Beşiktaş” isə öz meydanında “Ayntraxt”la qarşılaşacaq.
Qeyd edək ki, III turun görüşləri oktyabrın 23-24-də keçiriləcək.
Avropa Liqası
Liqa mərhələsi
II tur, 3 oktyabr
20:45. RFS – “Qalatasaray”
20:45. “Ferentsvaroş” – “Tottenhem” 20:45. “Makkabi” TƏ – “Midtulland”
20:45. “Olimpiakos” – “Braqa”
20:45. “Qarabağ” – “Malmö”
20:45. “Real Sosyedad” – “Anderlext”
20:45. “Latsio” – “Nitsa”
20:45. “Slaviya” – “Ayaks”
20:45. “Hoffenhaym” – “Dinamo” K
23:00. “Atletik” – “Alkmaar”
23:00. “Beşiktaş” – “Ayntraxt”
23:00. “Porto” – “Mançester Yunayted”
23:00. “Tvente” – “Fənərbaxça”
23:00. “Viktoriya” – “Lüdoqorets”
23:00. “Elfsborq” – “Roma”
23:00. PAOK – FCSB
23:00. “Union Sent Jiloaz” – “Bodo Qlimt”
23:00. “Reyncers” – “Lion”