featured-image-40129

Türkiyənin “Qalatasaray” klubu futbolçusu Dris Mertens ilə müqavilənin müddətini uzatmaq istəyir.

Msport.az “Axşam” nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi 36 yaşlı yarımmüdafiəçini daha bir mövsüm komandada saxlamaq niyyətindədir.

Qeyd edək ki, belçikalı oyunçu 2022-ci ildən “Napoli”dən “Qalatasaray”a keçib. O, ötən mövsüm komanda ilə ölkə çempionu da olub.

Bənzər xəbərlər