featured-image-62057

“Qalatasaray” “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyonu məhkəməyə verəcək.

Msport.az xəbər verir ki, buna səbəb portuqaliyalı mütəxəssisin Türkiyə Superliqasının XXV turunda keçirilən İstanbul derbisindən (0:0) sonra verdiyi açıqlama olub.

Belə ki, Mourinyo mətbuat konfransında “cim-bom”un məşqçi və futbolçularının ünvanına irqçi fikirlər səsləndirib. O bildirib ki, bəzi epizodlarda “Qalatasaray”ın ehtiyat skamyasında oturanlar meymun kimi tullanıb.

“Qalatasaray” rəhbərliyi Mourinyonun bu fikirlərlə Türkiyə xalqına qarşı hörmətsizlik etdiyini bəyan edib. Bu üzdən portuqaliyalı məşqçi məhkəməyə veriləcək. “Sarı-qırmızılılar” həmçinin UEFA və FIFA-ya da rəsmi şikayət göndərəcək.

Bənzər xəbərlər