“Qalatasaray” növbəti transferini açıqladı
“Şaxtyor”un futbolçusu Tete “Qalatasaray”a keçib.
Msport.az xəbər verir ki, İstanbul nəhəngi 23 yaşlı futbolçuyla 4+1 sxemi üzrə müqavilə bağlayıb.
Ötən mövsüm icarə əsasında “Lyon” və “Lester”də çıxış edən Tete 33 oyuna çıxıb, 7 qol vurub və 5 məhsuldar ötürmə verib.
Royal Türksoy







