featured-image-42857

İngiltərənin “Nottinqem Forest” klubunun müdafiəçisi Serj Oryenin “Qalatasaray”a keçidi baş tutmayıb.

Msport.az xəbər verir ki, tərəflər ödəniş şərtləri ilə bağlı razılığa gələ bilməyiblər.

Kot-d’İvuar millisinin 31 yaşlı üzvü 2022-ci ilin sentyabrından İngiltərə klubunda çıxış edir. Orye bu mövsüm Premyer Liqada 12 oyun keçirib və 2 məhsuldar ötürmə edib.

Onun “Nottinqem Forest” ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.

Bənzər xəbərlər