“Qalatasaray” Osimhenə qiymət oxudu
“Qalatasaray” bir çox nəhəng klubun maraq dairəsinə düşən nigeriyalı ulduz hücumçusu Viktor Osimhen üçün təzminat qiyməti müəyyənləşdirib.
Msport.az xəbər verir ki, “sarı-qırmızılılar” bu məbləğdən az təkliflərə cavab verməyəcək.
Bildirilir ki, Osimhenə 140 milyon avro təzminat qiyməti qoyulub. 26 yaşlı futbolçunun İstanbul təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir. Osimhen 2025–2026 mövsümünə də uğurlu başlayıb. O, Süper Liqa və UEFA Çempionlar Liqasında ümumilikdə 9 oyunda 6 qol vurub.
Nigeriyalı oyunçunun adı yenidən “Barselona”, PSJ kimi Avropanın aparıcı klubları ilə hallanır və yaxın günlərdə bu komandaların “Qalatasaray”la rəsmi danışıqlara başlaması gözlənilir.
Qeyd edək ki, İstanbul klubu bu yay Osimheni “Napoli”dən 75 milyon avroya birdəfəlik transfer edib.








