featured-image-56906

Türkiyənin “Qalatasaray” klubu icarə əsasında komandada çıxış edən Viktor Osimheni birdəfəlik almaq istəyir.

Msport.az xəbər verir ki, bu barədə yerli “Sözcü” nəşri məlumat yayıb.

İstanbul təmsilçisi 25 yaşlı hücumçunun transferi üçün maksimum 50 milyon avro xərcləməyə hazırdır.

“Sarı-qırmızılar” İtaliyanın “Napoli” klubu ilə razılaşa bilsə, forvardla beşillik müqavilə imzalamağı planlaşdırır.

Qeyd edək ki, oyunçunun Neapol təmsilçisii ilə sözləşməsi 2026-cı ilədək qüvvədədir. O, cari mövsüm Türkiyə çempionunda 7 matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər