featured-image-48019
“Qalatasaray” yayda müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Msport.az xəbər verir ki, İstanbul təmsilçisi “Real”da çıxış edən David Alabanı transfer etmək istəyir. Bu barədə “Sabah” nəşri məlumat yayıb.

“Sarı-qırmızılar” mövsüm bitdikdən sonra 31 yaşlı mərkəz müdafiəçisi üçün İspaniya klubun ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, David Alaba 2021-ci ilin yayında “Bavariya” ilə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə “Real”a keçib. Avstriya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb. Onun kkubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

Bənzər xəbərlər