“Qalatasaray” “Tottenhem”in futbolçusu ilə maraqlanır
“Tottenhem”in yarımmüdafiəçisi İv Bissuma karyerasını Türkiyədə davam etdirə bilər.
Msport.az xəbər verir ki, 28 yaşlı futbolçunun “Qalatasaray”a icarə əsasında keçidi gözlənilir və müqavilədə satınalma hüququ da nəzərdə tutulub.
Malili oyunçu cari mövsümdə hələ komandanın heyətinə daxil edilməyib. “Tottenhem”in baş məşqçisi Tomas Frank onu heyətdən kənarlaşdırıb.
Bissuma 2022-ci ildən “Tottenhem”də çıxış edir və onun müqaviləsinin müddəti gələn ilin ortalarına qədərdir.