“Qalatasaray” Türkiyə Kubokunun finalında
Türkiyə Kubokunda ilk finalçı müəyyənləşib.
Msport.az xəbər verir ki, yarımfinal mərhələsinin bir oyunu keçirilib.
Bir oyundan ibarət cütdə “Qalatasaray” səfərdə “Konyaspor”u darmadağın edib – 5:1. İstanbul təmsilçisinə qələbə gətirən qollara Viktor Osimhen (26), Lukas Torreyra (42) Roland Şallai (47, 55) və Yusuf Dəmir (90+1) imza atıblar. Ev sahiblərinin təsəlli qolunun müəllifi isə Pedrinyo (53) olub.
Qeyd edək ki, “Qalatasaray”ın finaldakı rəqibi “Trabzonspor” – “Göztəpə” görüşünün qalibi olacaq. Qarşılaşma aprelin 24-də keçiriləcək.