featured-image-33785

“Qalatasaray” daha bir transferini reallaşdırmağa hazırlaşır. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano tviterdə paylaşım edib.

“Sarı-qırmızılar” Sedrik Bakambü ilə müqavilə bağlayacaq. Son mövsümü “Olimpiakos”da keçirən 32 yaşlı hücumçunun “Əl Nəsr”ə keçəcəyi gözlənilirdi. Lakin İstanbul klubu konqolu forvardı fikirindən daşındıra bilib.

Bakambü ilə 3 illik müqavilə imzalanacaq.

O, ötən mövsüm “Olimpiakos”da 32 oyunda 18 qol vurub.

ANAR

 

Bənzər xəbərlər