"Qalatasaray" Zanyolo ilə bağlı danışıqlara başladı
“Qalatasaray” “Roma”nın heyətdən kənarlaşdırdığı Nikolo Zanyolo ilə bağlı danışıqlar aparır.
Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.
Mənbənin sözlərinə görə, İtaliya klubu futbolçunu icarəyə vermək istəmir, yalnız satmaqda maraqlıdır. Zanyolo heyətdən uzaqlaşdırıldığından bu təklifi dəyərləndirməyə hazırdır.
Xatırladaq ki, “Roma” qış transfer pəncərəsində 23 yaşlı oyunçunu “Bornmut”a satmaq istəsə də, futbolçu bundan imtina etmişdi. Klub prezidenti bu səbəbdən hücumameyilli yarımmüdafiəçini heyətdən kənarlaşdırmışdı.
Türkiyədə qış transfer pəncərəsi fevralın 8-də bağlanacaq.
ANAR ABDULLAYEV







