"Qalatasaray" Zanyolonu transfer etdi
Nikolo Zanyololunun “Qalatasaray”a keçidi baş tutub. Msport.az xəbər verir bu barədə insayder Fabritsio Romano paylaşım edib. 23 yaşlı futbolçu ilə 2027-ci ilə kimi müqavilə imzalanacaq. “Sarı qırmızılılar” yarımmüdafiəçinin transferinə 20 milyon avro pul xərcləyib.
Müqavildə sərbəst qalma məbləği 35 milyon avro göstərilib.
İtaliya millisinin üzvü bu gün istanbula uçaraq tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atacaq.
Xatırladaq ki, “Roma” Zanyolonu “Bornmut”a transfer etmək istəsə də, futbolçu bundan imtina etmişdi. Bundan sonra paytaxt klubu onu heyətdən uzaqlaşdırmışdı.
ANAR ABDULLAYEV







